Azərbaycan tankçıları “Tank biatlonu-2018” müsabiqəsinin yarımfinalına çıxıblar

Azərbaycan tankçıları “Tank biatlonu-2018” müsabiqəsinin yarımfinalına çıxıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan tankçıları “Tank biatlonu-2018” müsabiqəsində yarımfinala çıxıblar.

Bu barədə  Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Beynəlxalq Ordu Oyunları-2018” çərçivəsində keçirilən “Tank biatlonu-2018” müsabiqəsinin yarımfinal mərhələsinin püşkatması keçirilib.

Püşkatmanın nəticələrinə görə Azərbaycan tankçıları yarımfinalda Çin, İran və Qırğızıstan tankçıları ilə yarışacaqlar.