Ümumdünya Taekvondo Federasiyası (VTF) 2016-cı ilə yekun vurub.
Ümumdünya Taekvondo Federasiyası (VTF) 2016-cı ilə yekun vurub.
APA-nın məlumatına görə, VTF bu idman növü üzrə “ən yaxşıların” adlarını açıqlayıb.
Bununla bağlı Bakıda keçirilən tədbirdə VTF prezidenti Çunqvon Çu, qitə konfederasiyalarının prezidentləri, Azərbaycan gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kamaləddin Heydərov və digər qonaqlar iştirak ediblər.
Çu taekvondo çıxışında dünyanın bir ailə olduğunu vurğulayıb. O, Azad Rəhimovu Radiq İsayevin Olimpiya “qızıl”ını qazanması ilə bağlı münasibəti ilə təbrik edib. Çu Cibutinin qurumun 207-ci üzvü olduğunu da açıqlayıb.
VTF rəhbəri Azərbaycan Taekvondo Federasiyasının prezidenti, VTF-in vitse-prezidenti Kamaləddin Heydərova xüsusi mükafat təqdim edib. Heydərov Qran-pri turnirinin final mərhələsinin, Qala gecənin və komandalararası dünya çempionatının Bakıda keçirilməsi üçün Çuya minnətdarlıq edib.
Azad Rəhimov isə bildirib ki, belə bir yarışın Azərbaycanda keçirilməsindən qürur duyur.
Sonra ilin “ən yaxşıları”nın adları açıqlanıb. Bu siyahıda həm Azərbaycan Taekvondo Federasiyası, həm də kişilərdən ibarət yığmamızın baş məşqçisi Reza Mehmandost dünyanın ən yaxşısı seçilib.
Ümumi siyahı belədir:
Ən yaxşı kişi idmançı – Əhməd Abuqauş (İordaniya)
Ən yaxşı qadın idmançı – Ceyd Cons (Böyük Britaniya)
Ən yaxşı qadın hakim – Mariya Merkuri (Gürcüstan)
Ən yaxşı kişi hakim – Son Çul Kum (Kanada)
Ən yaxşı milli assosiasiya – Azərbaycan Taekvondo Federasiyası
Ən yaxşı zərbə – Şeyx Saleh Junior Sisse (Fil Dişi Sahili)
İlin məşqçisi – Reza Mehmandost (Azərbaycan)