Azercell Telekom MMC-nin Baraa İnnovasiya və Sahibkarlıq Mərkəzi daha bir beynəlxalq layihəyə öz töhfəsini verir.
Azercell Telekom MMC-nin Baraa İnnovasiya və Sahibkarlıq Mərkəzi daha bir beynəlxalq layihəyə öz töhfəsini verir.
Mərkəz bu dəfə 37 ölkənin iştirak etdiyi dünyanın ən böyük “green” biznes ideya müsabiqəsi olan ClimateLaunchpad layihəsinin “Bürünc sponsor”u qismində çıxış edir. Azərbaycanın ilk dəfə qatıldığı bu layihə özünün öyrədici strukturuna və əhatəsinin genişliyinə görə proqrama qəbul olunan startaplara və ideya müəlliflərinə çox böyük proqress xətti təklif edir.
May ayından etibarən avqust ayında keçiriləcək ölkə finalına hazırlıq məqsədilə Azərbaycandan seçilən 14 komandaya intensiv təlim proqramları təşkil edilib. Təlim proqramları “ClimateLaunchpad” mərkəzi komandasının üzvü, Hollandiyadan ölkəmizə proqram təşkilatçıları tərəfindən göndərilmiş startap və innovativ texnologiyalar sahəsi üzrə ekspert Hans Westerhof və lokal təlimçilər tərəfindən keçirilir. Təlim zamanı iştirakçılar startup qurulmasında ən vacib biznes biliklərini praktiki olaraq öz layihələri üzərində tətbiq edərək öyrənirlər. İki günlük bootcamp bitdikdən sonra komandalar 14 həftəlik ölkə daxili koçinq sessiyalarına başlayacaqlar. Burada komandalar yerli ekspertlər tərəfindən ClimateLaunchpad-in müəyyən etdiyi vacib biznes konseptləri üzərində praktiki işləyəcək və özlərini ölkə finalına hazırlayacaqlar. Ölkədaxili koçinq sessiyalarından sonra komandalar ClimateLaunchpad-in də təmsilçisinin də iştirak edəcəyi münsiflər qarşısında ilk 3 yeri qazanmaq və Grand Finale-a vəsiqə əldə etmək üçün təqdimatlar edəcəklər.
Ümumilikdə 37 ölkənin hər birinin ölkə finalında ilk 3 yerə çıxan komandalar 2017-ci ilin oktyabr ayında keçiriləcək Grand Finale-a vəsiqə qazanacaqlar və Avropanın qabaqcıl investorları və sahibkarları qarşısında təqdimat edəcəklər. Grand Finale-da ilk 10 yeri tutan startup layihələri kiçik ideyaların böyük bizneslərə çevrildiyi 18 aylıq “Climate-KIC Accelerator” proqramına qəbul olacaqlar. Bu
akselerator proqramında hər bir layihəyə üç mərhələdə € 95,000 avro maliyyə dəstəyi verilir.
Bundan əlavə isə, Grand Finale-da ilk 3 yerə çıxan komandalar pul mükafatları qazanacaqlar:
– Birinci yer: € 10,000 avro – İkinci yer: € 5,000 avro – Üçüncü yer: € 2,500 avro
Onu da qeyd edək ki, bu ilin qalib ölkəsi növbəti il Grand Finale-a ev sahibliyi edəcək. Məlumat üçün bildirək ki, ClimateLaunchpad Social Innovation Lab-ın rəsmi təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı (qızıl sponsor), Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin (bürünc sponsor) dəstəyi ilə keçirlilir. Layihəyə Next Step İnnovasiya Mərkəzi, Global Startup Hub, Bakı Mühəndislik Universiteti Texnoparkı və Youth Inc Biznes İnkubasiya Mərkəzi də dəstək verir.