Azərbaycan STAR zavodu ilə həm özü qazanacaq, həm də Türkiyəyə qazandıracaq – RƏY

Azərbaycan STAR zavodu ilə həm özü qazanacaq, həm də Türkiyəyə qazandıracaq – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

lmiş məhsullar olacaq.

Türkiyənin “Sözçü” qəzetinin jurnalisti, iqtisadçı-ekspert Taylan Büyükşahin bildirib ki, STAR zavodu Türkiyə iqtisadiyyatı üçün olduqca vacib layihədir.

O, Türkiyədə neft-kimya və neft-emalı müəssisələrinin çatışmadığını, SOCAR-ın bu zavodunun Türkiyənin idxalını azaltmağa yardım edəcəyini qeyd edib. “Buna görə də STAR zavodu Türkiyə üçün strateji əhəmiyyətə malikdir. Türkiyənin xarici ticarətində kəsiri yüksəkdir və bu kəsirin böyük hissəsi enerji idxalı ilə bağlıdır”.

Onun fikrincə, Türkiyə iqtisadi artım çərçivəsində idxal edilən məhsulları istehsal etmək üçün işlər görür: “STAR-ın istehsal edəcəyi məhsullar da Türkiyənin idxalının azalmasını, digər deyimlə valyutasının ölkədə qalmasını təmin edəcək. Bu layihə son vaxtlarda iqtisadi baxımdan çətin dövrdən keçən, məzənnəyə bağlı olaraq inflyasiya artımı yaşanan Türkiyəyə mənəvi cəhətdən də dəstək olacaq”.

Zavodda ildə 1,6 mln. ton nafta, 5 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 300 min ton LPG, 700 min ton neft koksu, 400 min ton qarışıq ksilol, 160 min ton kükürd, 500 min ton reformat istehsal olunacaq.

2017-ci ildə Türkiyədə dizel yanacağı istehlakının həcmi 24 mln. ton təşkil edib, 2019-cu ildə isə istehlakın 25 mln. ton olacağı gözlənilir. STAR zavodu 5 mln. ton dizel yanacağı istehsal etməklə ümumi istehlakın 20%-ni təmin edəcək.

Ötən ilki istehlakın 10,5 mln. tonu daxili istehsal, tələbatın 13 mln. tonu idxal hesabına ödənilib, yəni keçən il istehlak edilən dizel yanacağının 50%-dən çoxu idxal olunub. STAR istehsalla bu məhsulun idxal faizini 40%-dən aşağı salacaq.

STAR-ın Türkiyənin təyyarə yanacağı ehtiyacını isə tam təmin edəcəyi gözlənilir. İstanbulda yeni Hava Limanının açılması və turizm sektorundakı artım səbəbindən Türkiyənin təyyarə yanacağı istehlakının sürətlə artacağı proqnozlaşdırılır. STAR zavodu illik 1,6 mln. tonluq istehsalla Türkiyənin təyyarə yanacağına olan tələbatını ödəyəcək.

Türkiyədə ildə 3,7 mln. ton LPG istehlak edilir və bunun da 80%-i idxal olunur. STAR zavodu istismara verildikdən sonra idxal faizi 70%-ə düşəcək. Bunları nəzərə alaraq, STAR zavodunun Türkiyənin xarici ticarət balansındakı cari kəsirini 1,5 mlrd. dollar azaldacağı proqnozlaşdırılır.

Zavod həm də məşğulluq səviyyəsinin artırılması baxımından önəmli rola malikdir. Zavodun inşa edildiyi dövrdə buradakı işçilərin sayı 19 500 nəfərə çatıb. Zavod işə düşdükdən sonra isə burada 1 100 nəfər çalışacaq.

Real sektorun ən uzun müddətli krediti

2014-cü ilin iyun ayında “SOCAR Turkey Enerji” şirkəti İzmirdə 23 kommersiya bankı ilə STAR-ın tikintisi layihəsinin maliyyələşdirilməsinə dair kredit sazişləri imzalayıb. Bu, Türkiyənin real sektoru tarixinin ən böyük və ən uzunmüddətli maliyyələşdirmə sazişidir. 6,3 mlrd. dollarlıq layihənin 3,3 mlrd. dollarlıq hissəsi kreditlər, qalanı hissəsi isə daxili mənbələr hesabına həyata keçirilib. Layihə “İlin ən yaxşı layihə maliyyələşməsi”, “Ən yaxşı idxal maliyyələşmə” mükafatlarını qazanıb.

Türkiyə və Azərbaycan arasında dostluğu daha da möhkəmləndirəcək

Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Emre Özgür bildirib ki, STAR zavodu Türkiyədə enerji və neft sektorunun inkişafına, həmçinin Türkiyə və Azərbaycan arasındakı qardaşlıq və dostluğun daha da möhkəmlənməsinə töhfə verəcək.