Azərbaycan son savaşa hazırlaşır – Rus ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Azərbaycana silahı ilk növbədə kommersiya maraqları üçün tədarük edir. 

Rusiya Azərbaycana silahı ilk növbədə kommersiya maraqları üçün tədarük edir.


TİA.AZ xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında rusiyalı hərbi ekspert Aleksandr Xramçixin söyləyib. O, Azərbaycanın Rusiya silahının dəyərini tam ödədiyini, Rusiyanın isə bunu götürdüyünü bildirib.

Ekspertin fikrincə, Azərbaycan Qarabağ uğrunda son savaş hazırlaşır:

“Azərbaycan nə qədər çox silah alırsa, o qədər çox güclü olur. Sonuncu göndərilən silahlarla bağlı razılaşma bir neçə il əvvəl Bakı ilə Moskva arasında imzalanmışdı. Rusiya bu silahlar əvəzinə Ermənistana “İsgəndər”ləri verib. Bu eksklüziv tədarükdür və o, Rusiya və Ermənistandan başqa heç harada yoxdur. Üstəlik, Ermənistan bu silahı tam öz qiymətinə almayıb. Rusiya hesab edir ki, Ermənistana verdiyi “İsgəndər”lər sayəsində Azərbaycana göndərdiyi silahları kompensasiya edə bilib.

Bu, təbii ki, Rusiya siyasətinin yanaşmasıdır, amma Azərbaycanın yanaşması fərqlidir. Azərbaycan bu silah tədarükünü müharibəyə hazırlıq kimi anlayır. Bakı Qarabağı qaytarmaq üçün son savaşa hazırlaşır.

Təbii ki, Azərbaycan bu silahları Ermənistana qarşı istifadə edəcək. Çünki Azərbaycan başqa ölkəyə qarşı müharibəyə başlamağa hazırlaşmır”, – deyə o bildirib.