“Nə qədər ki, Ermənistan-Azərbaycan münasibətləri həll olunmayıb, Ermənistan-Türkiyə münasibətlərindən danışmaq mənasızdır”.
Tribunainfo.az xəbər verir ki, bu fikirlər türkoloq Müşəq Xudavəndiyana məxsusdur.
O iddia edib ki, Azərbaycan tərəfi guya, həm Naxçıvan, həm də Qarabağ istiqamətindən ordu yığır. “Azərbaycan hər iki istiqamətdən Zəngəzuru sıxışdırır. Keçirilən davamlı təlimlər də bunu deməyə əsas verir ki, Bakı gec-tez hücuma keçəcək”.
Xudavandiyan Azərbaycanın 44 günlük müharibədki qələbəsi barədə də danışıb və etiraf edib ki, kənar dəstəklərə rəğmən, müharbiəni Azərbaycan qazanıb. “Azərbaycan 44 günlük müharibədə tək deyildi. Azərbaycan ordusunu həm türk, həm də yəhudi mütəxəssislər hazırlayırdılar. Belə götürsək, 44 günlük müharibənin “memarı” İsrail olub. Çünki Azərbaycan tərəfinin qələbəsində İsrail xüsusi xidmət orqanlarının rolu olub. Lakin bu, Azərbaycanın qələbəsini heç də gözdən salmır. Əksinə etiraf etməliyik ki, bu, Azərbaycanın təkbaşına qələbəsidir”.