Azərbaycan selektiv aborta görə dünyada birinci yerdədir

Azərbaycan selektiv aborta görə dünyada birinci yerdədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Azərbaycan selektiv abortlara görə dünya ölkələri arasında liderlik edir. Əgər, bu tendensiya dəyişməsə, 2050-ci ildə ölkəmiz müəyyən problemlərlə üz-üzə qalacaq”.

Tribunainfo.az xəbər verir ki, bunu BMT Əhali Fondun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

O həmçinin xatırladıb ki, Azərbaycan cins seçiminə görə dünyada Çini də keçərək birinci yerdə qərarlaşıb:
“Bu baxımdan ölkədə maarifləndirmə aparılmalı, eləcə də qanunvericiliyə müəyyən dəyişikliklər edilməlidir”.