Azərbaycan şahmatçıları Avropa çempionatında Ermənistanı məğlub edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın Krit adasında şahmat üzrə komandalararası Avropa çempionatının altıncı turu keçirilib.

 

Yunanıstanın Krit adasında şahmat üzrə komandalararası Avropa çempionatının altıncı turu keçirilib.

 

TİA.AZ-ın xəbərinə görə, kişilərdən ibarət yığmamız Ermənistan, xanım şahmatçılarımız isə Rumıniya millisi ilə qarşılaşıblar.

 

Kişilərdən ibarət yığmamız Teymur Rəcəbov və Rauf Məmmədovun qələbələri sayəsində Ermənistanı 2,5:1,5 hesabı ilə məğlub edib.  Arkadiy Naydiç rəqibi ilə heç-heçə edib. Şəhriyar Məmmədyarov isə Levon Aronyana uduzub.

 

Qadınlardan ibarət yığmamız isə Rumıniyaya 1,5:2,5 hesabı ilə məğlub olub.

 

Hazırda ümumi hesabda kişilərdən ibarət yığmamız 9 xalla 3-cü,  qadınlar isə 6 xalla 14-cü pillədə qərarlaşıblar.