Azərbaycan rusların ən çox maraq göstərdiyi ölkə oldu – SƏBƏB

Azərbaycan rusların ən çox maraq göstərdiyi ölkə oldu – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Yandex Travel” analitiklərinin araşdırmasının nəticələri məlum olub.

Tribunainfo.az Trend-ə istinadən bildirir ki, araşdırmanın nəticəsinə görə, Azərbaycan iyunda xarici istiqamətlər arasında ruslar üçün tələbat artımı baxımından lider ölkə olub.”2023-cü ilin iyun ayında 2022-ci ilin iyun ayı ilə müqayisədə Azərbaycana səyahətə maraq 249 % artıb”, – deyə onlar qeyd ediblər.

Mütəxəssislər bu cür göstəricilərin yaranmasının səbəbləri arasında bu ilin yayında Azərbaycana uçuşların qiymətlərinin xeyli aşağı salınmasını qeyd ediblər. Belə ki, 2023-cü ildə iyunda gediş-gəliş əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23 % ucuz başa gəlir. Azərbaycanda otellərin bronlaşdırılması qiymətləri isə 2022-ci ildəki qiymətlərlə eynilik təşkil edir.
Eyni zamanda, ötən ilin müvafiq dövrü ilə müqayisədə Gürcüstana (87 %), Taylanda (80 %), Kiprə (55 %) və Türkiyəyə (44 %) səyahət tələbi də xeyli artıb.