Moskvada Rusiya, Azərbaycan və Ermənistanın xarici işləri nazirləri – Sergey Lavrov, Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş olacaq.
Tribunainfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
“Nazir A.Mirzoyan Moskvada keçiriləcək görüşdə iştirak edəcək. Digər təfərrüatlar barədə daha sonra məlumat veriləcək”, – o bildirib.
Qeyd edək ki, Azərbaycan, Ermənistan, və Rusiya xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli formatda sonuncu görüş mayın 19-da Moskvada baş tutub.