“Prezident İlham Əliyevin Davos dünya iqtisadi forumunda keçirdiyi beynəlxalq görüşlər və etdiyi çıxışlar Azərbaycanı dinamik inkişaf etdiyini və dünyada müstəqil güclü dövlət olduğunu göstərir”.
“Prezident İlham Əliyevin Davos dünya iqtisadi forumunda keçirdiyi beynəlxalq görüşlər və etdiyi çıxışlar Azərbaycanı dinamik inkişaf etdiyini və dünyada müstəqil güclü dövlət olduğunu göstərir”.
Bunu TİA.AZ-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə bildirib.
Komitə sədri deyib ki, Davos qlobal iqtisadi forumunda deyilən fikirlər Azərbaycan cəmiyyətində böyük maraq doğurur.
Onun fikrincə, burada ən maraq doğuran məqamlar Prezident İlham Əliyevin Davosda keçirdiyi beynəlxalq görüşlər və etdiyi çıxışlardır:
“Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan dinamik inkişaf edən və dünyada müstəqil sözünü deyən dövlət kimi tanınır. Azərbaycan Prezidenti cənab İlham Əliyev artıq 10 ildir ki, Davos dünya iqtisadi forumunda iştirak edir. Bu il isə cənab Prezident Davosda diploma layiq görülüb.
Digər tərəfdən isə qlobal Davos forumu bizim üçün ona görə maraqlıdır ki, onun ən aparıcı ekspertləri Azərbaycan iqtisadiyyatında baş verən dəyişiklikləri yüksək qiymətləndirir”.
Z.Səmədzadə qeyd edib ki, Davos forumu ərəfəsində Prezident İlham Əliyevin Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərini əks etdirən məqaləsi dərc olunub:
“Hesab edirəm ki, dünyada baş verən qlobal maliyyə böhranları və risklərinin artmasına baxmayaraq, Azərbaycan Davos forumunda da bir daha özünün inkişaf etdiyini sübut edib. Digər tərəfdən isə dövlət başçısının qlobal çağırışlara uyğun olaraq apardığı xarici siyasət həm ölkəmizin milli maraqlarına cavab verir, həm də dünya iqtisadiyyatına inteqrasiyada milli mənaefləri gözləmək üçün geniş imkanlar yaradır”.
Davosda keçirilən dünya iqtisadi forumun bütövlükdə beynəlxalq aləmdə böyük nüfuz qazandığını vurğulayan Z.Səmədzadə deyib ki, forumun gündəliyinə daxil edilən məsələlərə ümumbəşəri problemlərdir:
“Burada qloballaşmanın ən aktual mövzuları müzakirə olunur. Ona görə də dünyanın ən nüfuzlu dairələri, beynəlxalq ekspertləri, ölkə başçıları və digər şəxslər Davos forumunda öz fikirlərini bəyan edirlər”.
Akademik bildirib ki, Davos forumunda qaldırılan məsələlər qlobal əhəmiyyət kəsb edir:
“Bu problemlərin həlli isə bütövlükdə dünya ölkələrinin iqtisadiyyatına təsir göstərir. Böyük dövlətlərlə qlobal dünyanın maraqları arsında müəyyən ziddiyətlər ola bilər. Ancaq bu da tələb edir ki, qlobal miqyasda deyilən hər bir fikrə Azərbaycan öz milli maraqlarından yanaşsın. Bu münasibət hər dəfə bildirilir. Artıq Azərbaycan qlobal oyunçulardan birinə çevrilib, dünyanın neft və enerji siyasətində sözünü deyən dövlət kimi tanınır. Bu istiqamətdə Azərbaycanda çox ciddi işlər görülür”.