19.01.2018-ci il tarixdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin(AQC) İdarə Heyətinin( İH )növbəti iclası olmuşdur. İclasda müzakirə olunan məsələlər barədə TİA.AZ-a məlumat verən AQC İH üzvü, “Koneko Group” MMC-nin direktoru Vüqar Oruc bildirmişdir ki, gündəlikdə AQC-nin Beynəlxalq Standartlar Komitəsinə (BSK) kollektiv üzvlüyü, AQC-nin VII Konfransına hazırlıq, konfransda qəbul ediləcək Nizamnamə və struktur dəyişiklikləri, “Yaşayış mənzillərinin qiymətləndirilməsi” üzrə mütəxəssislərin sertifikatlaşması məqsədilə AQC tərəfindən təşkil edilən kursların gedişatı və cari məsələlər müzakirə edilmişdir. Vüqar Orucun sözlərinə görə, AQC-nin BSK-ya üzv olmaq üçün müraciət edilməsi, AQC-nin VII konfransının 3 mart 2018-ci il tarixində keçirilməsi, yeni struktur barədə təkliflərin əsasən qəbul edilməsi, AQC tərəfindən keçirilən kursların gedişatının qənaətbəxş hesab olunması barədə İH-də qərarlar qəbul edilmişdir. İdarə Heyətində Qurumun VII Konfransdan sonra torpaq sahələrinin və fərdi yaşayış evlərinin qiymətləndirilməsi üzrə kursların təşkili barədə də razılıq əldə olunmuşdur.