“Trampın Qəzza bölgəsində çoxmillətli sülhyaratma missiyasına dair planı icra olunmaya bilər”.
Tribunainfo.az xəbər verir ki, bu barədə İsrailin “Israel Hayom” qəzeti məlumat yayıb.
Məlumatda deyilir ki, Azərbaycanın da iştirakı nəzərədə tutulan planın reallaşması üçün müraciət edilən dövlətlərin bir çoxundan neqativ xəbər gəlib. İsrail nəşri yazıb ki, Azərbaycan beynəlmiləl sülhyaratma missiyasında iştirakdan imitina edib.
Rəsmi Bakının bu təklifi geri çəkilməsinin konkret səbəbləri barədə məlumat verilməyib.
Qeyd edək ki, missiyanın əsas məqsədi bölgədə sülhün təmin edilməsi, asaiyişin qorunması və HƏMAS-ın tərksilah edilməsini əhatə edir.
Fərda Uğur










