Azərbaycan Qətərlə bağlı hansı qərarı verəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq bir neçə gündür ki, Qətər ətrafında baş verən  hadisələr bütün dünyanın diqqət mərkəzindədir.  

Artıq bir neçə gündür ki, Qətər ətrafında baş verən  hadisələr bütün dünyanın diqqət mərkəzindədir. 

TİA.AZ  xəbər verir ki, 9 ölkənin Qətərlə münasibətlərini sonlandırmasının hansı nəticələr doğuracağı və məsələnin nə ilə bitəcəyi hər kəsə  maraqlıdır. Məlumdur ki, Azərbaycan da Qətərlə əməkdaşlıq edən dövlətlər sırasındadır. 

Prosesinin necə davam edəcəyini “Qafqazinfo”ya şərh edən siyasi ekspert Elxan Şahinoğlu bildirib ki, Azərbaycan Qətərlə əməkdaşlıq edir: “Ona görə də Ər-Riyadın Qətərlə diplomatik münasibətlərini kəsməsi, yaxın ətrafını da buna məcbur etməsi Bakı üçün əsas ola bilməz. Rəsmi Bakının həm Səudiyyə Ərəbistanı, həm də Qətərlə sıx əlaqələri var. Biz bu ikisinin arasında seçim edə bilmərik.

Bir il əvvəl Azərbaycanda ən çox səslənən sual bu idi ki, “Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi Azərbaycan üçün hansı təhlükələr yarada bilər?”. İki ölkə barışdı, mövzu aktuallığını itirdi. Daha sonra bu sual aktullaşdı: “Rusiya-Amerika münasibətlərinin gərginləşməsi Azərbaycan üçün hansı təhlükələr yarada bilər?” İndi isə başqa sual aktuallaşıb: “Səudiyyə Ərəbistanı-Qətər münasibətlərinin gərginləşməsi Azərbaycana hansı təhlükələr yaradır?”.

Azərbaycan o qədər həssas bölgədə varlığını sürdürür ki, ətrafda istənilən gərginlik Azərbaycana da təsir edə bilər”.

E. Şahinoğlunun sözlərinə görə,  rəsmi Bakı Səudiyyə Ərəbistanı-Qətər gərginliyində tərəf seçə bilməz: “Ona görə də rəsmi Bakı bu iki dövlətin tez barışmasında maraqlıdır ki, çətin seçim qarşısında qalmasın. Prinsipcə, elə hadisələr buna doğru gedir. Qətərin bütün quru sərhədi Səudiyyə Ərəbistanı ilədir. Digər tərəfdən Qətər varlı dövlət olsa da, iqlim şəraitinə görə özünün yetişdirdiyi məhsulları çox azdır. Bu dövlət ərzaq məhsullarını qonşu dövlətlərdən alır. Buna görə də Qətərin sünni ərəb dünyasından üz döndərərək İranla müttəfiq olacağını zənn etmirəm. Bu Qətərin sonunu yaxınlaşdırar. Ona görə də Qətər birincisi, yaxın müddətdə Əl-Kaida, DAİŞ, Müsəlman Qardaşları kimi qruplaşmalara dəstəkdən əl çəkəcək. İkincisi, İranla eyni cərgədə yer almaqdan vaz keçəcək. Bunu etmədən Qətərin təhlükəsizliyi sual altında qalacaq”.