“Hamı Ermənistanı satacaq. İran və Türkiyə deyirlərsə ki, Zəngəzur problemini müzakirə etməliyik, o zaman biz nəyi müzakirə edirik?”
Tribunainfo.az xəbər verir ki, bunu keçmiş nazir müavini Artak Zakaryan deyib.
Onun sözlərinə görə, bu gün siyasi həll yolları var ki, onların köməyi ilə ən azı bir neçə il tarazlığı saxlamaq mümkündür.
Zakaryan bildirir ki, Azərbaycan təkcə Rusiya üçün deyil, ABŞ üçün də vacib və önəmli ölkədir. “Bakı Türkiyə vasitəsilə də Qərblə müttəfiqlik yaradır. O, Rusiyanın regionda maraqlarının daşıyıcısı hesab olunur. Görünür, İranla problemlərini həll etmək iqtidarındadır”.
Erməni ekspert onu da deyir ki, böyük qlobal maraqlar içərisində böyük dövlətlər Azərbaycanın həmin marağına göz yumacaqlar. “Qərb də, Şərq də Bakının istəklərinə göz yumacaq və onun arzularını reallaşdırmasına şərait yaradacaqlar”.