Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin növbəti görüşünün yeri və vaxtı açıqlanıb

Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin növbəti görüşünün yeri və vaxtı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti görüşünün yeri və vaxtı açıqlanıb.

Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə 29 mart tarixində Avstriyanın paytaxtı Vyana şəhərində görüşünün keçirilməsi barədə razılıq əldə olunub.