Azərbaycan Prezidenti: “Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır”

Azərbaycan Prezidenti: “Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün təkcə bizim tələbimizlə Qazaxın dörd kəndi bizə qaytarılır. Bundan sonra belə də olacaq. Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır”.

Tribunainfo.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı səsləndirib.

Dövlətimizin başçısı deyib ki, həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar.