Sülh danışıqlarının da təşəbbüskarı, sülh müqaviləsinin mətninin müəllifi də biz olmuşuq.
Tribunainfo.az -ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Macarıstan Baş naziri Viktor Orbanla mətbuata bəyanatında bildirib.
Azərbaycan Prezidenti deyib ki, məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib: “Təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib”.
Sülh müqaviləsinin bağlanmasına gəlincə, Prezident İlham Əliyev qeyd edib ki, burada iki şərt var: “Birincisi, Ermənistan Konstitusiyasında bu günə qədər Azərbaycana qarşı ərazi iddiası var, bu, dəyişdirilməlidir. İkincisi, münaqişənin həll etmək üçün yaradılmış ATƏT-in Minsk Qrupu ləğv edilməlidir. Artıq de-fakto bu Qrup fəaliyyət göstərmir, de-yure ləğvi zəruridir. Əfsuslar olsun ki, Ermənistan tərəfi hələ ki bu iki şərti qəbul etmək istəmir. Ancaq son illər və proseslərin gedişatı göstərir ki, onlar gec-tez bizim təklifimizlə razılaşmağa məcbur olacaqlar. Çünki bu təkliflərdə heç bir qeyi-adi məsələ yoxdur”.
Ramiz Mikayıloğlu