Azərbaycan prezidenti çexiyalı həmkarına məktub göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan prezidenti İlham Əliyev çexiyalı həmkarı Miloş Zemanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
 Azərbaycan prezidenti İlham Əliyev çexiyalı həmkarı Miloş Zemanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

TİA.AZ-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

 

“Hörmətli cənab Prezident, Çex Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Çexiya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcək. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram”.