Azərbaycan Premyer Liqasında yeni mövsümə bu gün start verilir

Azərbaycan Premyer Liqasında yeni mövsümə bu gün start verilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Misli Premyer Liqasında 2025/26 mövsümünə bir oyunla start veriləcək.
Tribunainfo.az xəbər verir ki, ilk oyun günündə “Karvan-Yevlax” “Qəbələ” ilə üz-üzə gələcək.
Şamaxı şəhər stadionunda keçiriləcək matç saat 17:00-da başlayacaq.
Qeyd edək ki, Misli Premyer Liqasının ilk turunda daha dörd görüş keçiriləcək.
Belə ki, “İmişli” – “Turan Tovuz”u, “Neftçi” “Şamaxı”nı avqustun 16-da, “Sumqayıt” isə “Kəpəz”i avqustun 17-də qəbul edəcək. Tura avqustun 18-də keçiriləcək “Zirə” – “Araz-Naxçıvan” matçı ilə yekun vurulacaq.
Avqustun 17-də keçirilməli olan “Sabah” – “Qarabağ” matçı isə “köhlən atlar”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi səbəbindən təxirə salınıb.
Misli Premyer Liqası
2025/26 mövsümü
I dövrə, I tur
15 avqust
17.00 Karvan-Yevlax – Qəbələ
Şamaxı şəhər stadionu
16 avqust
17.00 İmişli – Turan Tovuz
Şamaxı şəhər stadionu
20.00 Neftçi – Şamaxı
“Neftçi Arena”
17 avqust
20.30 Sumqayıt – Kəpəz
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
19 avqust
20.00 Zirə – Araz-Naxçıvan
Zirə İdman Kompleksinin stadionu