Azərbaycan Premyer Liqasında komanda sayı 10 olaraq qalıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Sərxan Hacıyev İcraiyyə Komitəsinin iclasından sonra məlumat verib.
O bildirib ki, ötən mövsüm sonuncu yeri tutan “Şamaxı” I Diviziona düşüb. Əvəzində “Araz Naxçıvan elitaya yüksəlib.
I Divizionda 10, yeni yaradılan II Divizionda isə 12 komanda yarışacaq.