Azərbaycan Premyer Liqasında IX tura iki oyunla start verilir

Azərbaycan Premyer Liqasında IX tura iki oyunla start verilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misli Premyer Liqasında IX tura bu gün start veriləcək.

Tribunainfo.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.

Açılış qarşılaşmasında “Turan Tovuz” “Karvan-Yevlax”ın qonağı olacaq. Qarşılaşma saat 14:30-da start götürəcək.

Tovuz klubu 15 xalla ikinci, Yevlax təmsilçisi 5 xalla 11-ci pillədə qərarlaşıb.

Günün ikinci görüşündə “Kəpəz” “İmişli” ilə üz-üzə gələcək. Bu oyun saat 17:00-da başlayacaq. Gəncə klubu 3 xalla sonuncu – 12-ci, “İmişli” isə 9 xalla 8-ci sıradadır.

Misli Premyer Liqası

I dövrə, IX tur

24 oktyabr

14:30. “Karvan-Yevlax”– “Turan Tovuz”

Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev.

VAR: Əliyar Ağayev.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Nəriman Axundov.

Şamaxı şəhər stadionu

17:00. “Kəpəz” – “İmişli”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov.

VAR: Cavid Cəlilov.

AVAR: Müslüm Əliyev.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Eldar Məmmədov.

Qəbələ şəhər stadionu

Qeyd edək ki, tura oktyabrın 26-da yekun vurulacaq.