Azərbaycan Premyer Liqasında 27-ci tura start verilirbackend

Azərbaycan Premyer Liqasında 27-ci tura start verilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Azərbaycan Premyer Liqasında 27-ci tura start veriləcək.
Turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək. İlk matç Sumqayıtda baş tutacaq. Şəhərin eyniadlı komandası “Qarabağ”ı qəbul edəcək. Komandalar indiyədək ölkə çempionatlarında 41 dəfə üz-üzə gəliblər. Bunların 31-də “köhlən atlar”, 5-də “gənclik şəhəri” təmsilçisi qələbə qazanıb. Daha 5 görüşdə isə bərabərlik qeydə alınıb. Topların nisbətində də qonaqların aşkar üstünlüyü var – 96:19.
Duigər oyunda “Sabah” səfərdə “Zirə”nin qonağı olacaq. Meydan sahibləri 59 xalla ikinci, “qartallar” 37 xalla dördüncüdür. Tərəflər Premyer Liqada 17 dəfə görüşüblər. Əvvəlki qarşılaşmaların 8-də “bayquşlar”, 4-də isə “Zirə” meydanı 3 xalla tərk edib. Topların nisbətində də “Sabah” üstündür – 26:21.
Azərbaycan Premyer Liqası
 
27-ci tur
18:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Rəhman İmami, Nicat İsmayıllı
VAR hakimləri: Elçin Məsiyev, Pərvin Talıbov

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Kapital Bank Arena”
20:30. “Zirə” – “Sabah”
Hakimlər: Fərid Hacıyev, Cavanşir Yusifov, Vüsal Məmmədov, Səbuhi Bayramov
VAR hakimləri: Tural Qurbanov, Eyyub İbrahimov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu
“Qarabağ” – 68, “Sabah” – 59, “Neftçi” – 55, “Zirə” – 37, “Qəbələ” – 33, “Turan Tovuz” – 27, “Sumqayıt” – 21, “Kəpəz” – 20, “Şamaxı” – 20, “Səbail” – 17