Azərbaycan Premyer Liqasında 22-ci tura start verilirbackend

Azərbaycan Premyer Liqasında 22-ci tura start verilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Azərbaycan Premyer Liqasında 22-ci tura start veriləcək.
TİA.AZ xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək. Turun açılış matçı Şamaxıda gerçəkləşəcək. “Şamaxı” yeni adı altında ilk rəsmi matçına çıxacaq. Sənan Qurbanovun komandası “Neftçi”ni qəbul edəcək. Görüş tərəflərin ölkə çempionatlarındakı 70-ci oyunu olacaq. Əvvəlki 69 qarşılaşmanın 38-də paytaxt klubu, 16-da meydan sahibləri qələbə qazanıb. Topların nisbətində də “ağ-qaralar”ın aşkar üstünlüyü var – 111:67.
Günün ikinci matçı “Sabah” “Bank Respublika Arena”da “Zirə”ni qəbul edəcək. Buna qədər Premyer Liqada baş tutan 14 qarşılaşmanın 5-də meydan sahibləri, 4-də “qartallar” meydanı 3 xalla tərk edib. Topların nisbəti bərabərdir – 19:19.
Azərbaycan Premyer Liqası, XXII tur
 
9 aprel (şənbə)
 
14:00. “Şamaxı” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Şamaxı şəhər stadionu.
17:00. “Sabah” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Nicat İsmayıllı
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Bank Respublika Arena
22-ci tura aprelin 10-da keçiriləcək “Sumqayıt” – “Qarabağ” və “Səbail” – “Qəbələ” matçları ilə yekun vurulacaq.
“Qarabağ” – 49, “Neftçi” – 38, “Zirə” – 36, “Qəbələ” – 34, “Sabah” – 29, “Şamaxı” – 20, “Sumqayıt” – 14, “Səbail” – 11