Bu gün Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatacaq.
TİA.AZ xəbər verir ki, ölkə çempionatında 15-ci tura start veriləcək. Turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Əvvəlcə “Keşlə” “ASK Arena”da “Zirə”ni qəbul edəcək. Komandalar ölkə çempionatında 25 dəfə qarşılaşıblar. Bunların 6-da “Keşlə”, 9-da “Zirə” meydandan 3 xalla ayrılıb. 10 oyunda isə qalib müəyyənləşməyib. Top fərqi “qartallar”ın xeyrinədir – 32:27. “Zirə” son 6 oyunda uduzmayıb. “Keşlə” isə üç matçdır rəqibinə qol vura bilmir.
Tur ilk günü Azərbaycan derbisi ilə yekunlaşaq. “Bakcell Arena”da “Neftçi” “Qarabağ”ı qəbul edəcək. Komandalar ölkə çempionatlarında 85 matçda üz-üzə gəlib. Bunların 23-də “Neftçi” 32-də isə “Qarabağ” qələbə qazanıb. 30 matç isə heç-heçə yekunlaşıb. Top fərqi də “Qarabağ”ın xeyrinədir – 77:98. Son 6 matçda heç-heçə qeydə alınmayıb. “Qarabağ” son iki oyunda qalib gəlib.
7 fevral (bazar ertəsi)
“Keşlə” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rəhman İmami, Əliyar Ağayev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASK Arena”, 16:00
“Neftçi” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Müslüm Əliyev, Fərid Hacıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bakcell Arena”, 19:00
“Qarabağ” – 33, “Qəbələ” – 26, “Neftçi” – 22, “Zirə” – 22, “Sabah” – 17, “Keşlə” – 14, “Sumqayıt” – 12, “Səbail” – 10
Bombardir: Davit Volkov (“Zirə”) – 10 qol