Azərbaycan Ordusunun çətin relyefli dağlıq ərazidə baş verən yol qəzasında həlak olan hərbçisi Taleh Əliyev dəfn olunub.
Tribunainfo.az Report-a istinadən xəbər verir ki, mərhum Zərdab rayonunun Gödəkqobu kəndinin qəbiristanlığında torpağa tapşırılıb.Mərasimdə hərbçinin ailə üzvləri, Zərdab Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanı əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.






