Azərbaycan Ordusunun təlimlərində ərazinin maketi üzərində fəaliyyətlər icra olunub

Azərbaycan Ordusunun təlimlərində ərazinin maketi üzərində fəaliyyətlər icra olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Genişmiqyaslı təlimlərin planına uyğun olaraq, təlim iştirakçıları ərazinin maketi üzərində qoşunların qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkilini həyata keçiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən müşavirədə çətin dağlıq relyef şəraitində qoşunların döyüş hazırlığı təcrübəsi nəzərə alınmaqla təlimlərin mərhələlər və vaxt üzrə epizodları işlənilib.

TİA.AZ