Azərbaycan Ordusunun şəhid əsgəri dəfn olunub – FOTO

Azərbaycan Ordusunun şəhid əsgəri dəfn olunub – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri, 23 yaşlı İbrahim Möhsüm oğlu Mənəfov torpağa tapşırılıb.

TİA.AZ Report-a istinadən xəbər verir ki, şəhid doğulduğu Neftçala rayonunun Bankə qəsəbəsindəki Seyidlər qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində rayon İcra Hakimiyyəti başçısı, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhidin hərbçi yoldaşları və xidmət etdiyi hərbi hissənin zabitləri iştirak ediblər.