Çətin relyefli dağlıq ərazidə baş verən avtoqəzada həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Elgün Elşad oğlu Həsənov dəfn edilib.
Elgün Həsənov Bakının Binə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.
10.52
Çətin relyefli dağlıq ərazidə avtoqəzada həlak olan hərbçi Elgün Elşad oğlu Həsənovun nəşi Bakının Binə qəsəbəsinə gətirilib.
Hazırda onunla vida mərasimi keçirilir.
Xatırladaq ki, sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Taleh Saleh oğlu Əliyev, Elgün Elşad oğlu Həsənov və Nihad Kamrəddin oğlu Namazov həlak olublar.