Azərbaycan ordusu Türk-NATO modelinə keçməlidir – Ekspertbackend

Azərbaycan ordusu Türk-NATO modelinə keçməlidir – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan ordusunun Türk modelinə keçməsi üçün islahatlar labüddür. Müdafiə nazirliyində kadr dəyişikliyi, xüsusilə Quru Qoşunlarının komandanlığına General-leytenant Hikmət Mirzəyevin gətirilməsi ordunun həm döyüş qabiliyyətinin artırılmasına, həm də şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə gətirib çıxaracaq.

Tribunainfo.az xəbər verir ki, siyasi şərhçi Məhəmməd Əsədullazadənin fikrincə, Hİkmət Mirzəyevin təyinatı ilə Azərbaycan ordusunun Türkiyə modelinə keçməsi uğurla həyata keçiriləcək.
Ekspert buldirib ki, köhnə modeldən imtina etmək lazımdır:

“Cənubi Qafqazda təhlükəsizlik problemləri qalmaqdadır. Dünyada yeni hərbi böhranlar inkişaf edir. Ermənistanla sülh müqaviləsi bağlanmayıb. Azərbaycan ordusu təkcə xüsusi təyinatlılardan və komando hərbi birliklərdən ibarət deyil. Ordunun Türk-NATO modelinə keçməsi əlavə vəsait və ciddi maliyyə xərcləri tələb edir. Müasir döyüş qabiliyyətinin artırılması məhz davam etməkdə olan köhnə modeldən imtina etmək lazımdır”.