Ötən gün Ermənistan ordusunun Cermux istiqamətində bir neçə mövqeyini tərk etdiyi barədə məlumat vermişdik. Tribunainfo.az xəbər verir ki, Ermənistanda yayınlanan “MediaHub” saytı bölgədən reportaj hazırlayıb.
Cermux yaxınlığında bir neçə postun boşaldıldığını qeyd edən sayt, sakinlərin də bunu təsdiqlədiyini vurğulayıb. Sakinlər isə deyib ki, proses bir neçə gündür başlayıb. “Hərbçilər problem olmadığını deyirlər. Bildirirlər ki, guya, hava şəraiti ilə bağlı postları boşaldıblar. Yazda yenidən mövqelərinə qalxacaqlar”.
Cermux sakinləri isə bildiriblər ki, onlar qorxu içində olmaqla yanaşı, nə edəcəklərini də bilmirlər. “Azərbaycanlılar indi o qədər yaxındırlar ki, hər dəqiqə nəsə gözləyirik. Müdafiə Nazirliyi bunu inkar edir, amma onlara da heç kim inanmır”.