Dünya birjalarında neft yenidən ucuzlaşıb.
Dünya birjalarında neft yenidən ucuzlaşıb.
TİA.AZ xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,90 dollar azalaraq 46,06 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,76 dollar azalaraq 47,24 dollar olub.
Eyni zamanda “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 1,25 dollar və ya 2,49% azalaraq 48,92 dollar təşkil edib.