Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 22-də 63,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,94 dollar/barel azdır.

TİA.AZ xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,49 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,91 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 59,6 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,04 dollar/barel azdır.