Azərbaycan nefti bahalaşdı, Brent isə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya birjalarında neft ucuzlaşıb. 

Dünya birjalarında neft ucuzlaşıb.

TİA.AZ xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 0,22 dollar azalaraq 44,50 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barrelinin dəyəri də 0,09 dollar azalaraq 46,98 dollar olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti isə 0,17 dollar və yaxud 0,36% artaraq, 47,23 dollar/barelə bərabər olub.