backend

Azərbaycan neft hasilatını azaldır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan bu il qaz hasilatını artırmağı, neft hasilatını azaltmağı planlaşdırır. 

Azərbaycan bu il qaz hasilatını artırmağı, neft hasilatını azaltmağı planlaşdırır.

APA xəbər verir ki, bunu Energetika naziri Natiq Əliyev bildirib.

“Azərbaycan 2017-ci ildə ümumi qaz hasilatını 0,8% artıraraq 29,561 mlrd. kubmetrə çatdırmaq niyyətindədir. 2016-cı ildə Azərbaycanda hasil olunan qazın həcmi 0,6% azalaraq 29,331 mlrd. kubmetr təşkil edib. Cari ilin yanvarın 1-ə anbarlarda saxlanılan qazın həcmi 1,167 mlrd. kubmetrə çatıb”, – nazir deyib.

N. Əliyevin sözlərinə görə, Azərbaycan Şahdəniz-1 layihəsi çərçivəsində hasilatı artırmağı planlaşdırır:

“Bununla yanaşı, gələn il Şahdəniz-2 layihəsi çərçivəsindən ilkin hasilata başlanacaq. “2017-ci ildə Şahdəniz-1 layihəsindən hasil olunacaq qazın 10 mlrd. kubmetrdən çox olacağı gözlənilir. Ötən il bu rəqəm 9,9 mlrd. kubmetr olub”.