Azərbaycan millisinin yeni baş məşqçisi ilə bağlı qərar yaxın günlərdə veriləcəkbackend

Azərbaycan millisinin yeni baş məşqçisi ilə bağlı qərar yaxın günlərdə veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi ilə bağlı qərar yaxın günlərdə veriləcək.

Tribunainfo.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov qurumun iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis bu məsələnin toplantıda müzakirə edildiyini vurğulayıb.

Qeyd edək ki, italiyalı baş məşqçi Canni De Byazi 2023-cü ilin noyabrında Azərbaycan millisindən ayrılıb.