Azərbaycan millisinin sabiq baş məşqçisi İran klubunda çalışa bilərbackend

Azərbaycan millisinin sabiq baş məşqçisi İran klubunda çalışa bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazi İran klubunda çalışa bilər.
İtaliyalı mütəxəssis “Persepolis” klubunun maraq dairəsindədir.
Bu ayın əvvəlində baş məşqçi Yəhya Qolməhəmmədini istefaya göndərən Tehran təmsilçisi De Byazi ilə danışıqlara başlayıb. Bu posta digər namizəd isə portuqaliyalı Joze Vitor dos Santuş Pezeyrudur. Hazırda Nigeriya millisini çalışdıran Pezeyru 2003/2004 mövsümündə İspaniyanın “Real” klubunda baş məşqçi Karluş Keyruşun köməkçisi olub.
Qeyd edək ki, Canni De Byazi 2023-cü ilin noyabrında Azərbaycan millisindən ayrılıb.