Bu gün Dünya Çempionatı – 2018-in seçmə mərhələsində 6-cı turun oyunları çərçivəsində Azərbaycan milli komandası Şimali İrlandiyanı Bakıda qəbul edib. Bu gün Dünya Çempionatı – 2018-in seçmə mərhələsində 6-cı turun oyunları çərçivəsində Azərbaycan milli komandası Şimali İrlandiyanı Bakıda qəbul edib.
TİA.AZ xəbər verir ki, Robert Prosineçkinin rəhbərlik etdiyi Azərbaycan yığması Tofiq Bəhramov adına stadionda Şimali İrlandiyadan revanşdan qisasını ala bilməyib.
Belə ki, Belfastdakı görüşdə rəqibinə 0:4 hesabı ilə uduzan komandamız Bakıda oyunun əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə (90+2) qapısında qol görüb. Dallas oyunda yeganə qola imza atıb – 0:1.
Bu qələbə sayəsində rəqib qrupdakı 2-ci pillədəki mövqeyini möhkəmləndirib (13 xal).
Azərbaycan isə 7 xalla 4-cü pillədə qalıb.