Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında ilk oyununa çıxacaq.
Tribunainfo.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv İsveç millisini qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyuna saat 20:00-da start veriləcək.
Azərbaycan yığması C Liqasının 1-ci qrupunda İsveçlə yanaşı, Slovakiya və Estoniya ilə qarşılaşacaq.
UEFA Millətlər Liqası
C Liqası, I qrup, I tur
5 sentyabr
20:00 Azərbaycan – İsveç
Baş hakim: Balaş Berke (Macarıstan)
***
Komandaların start heyətləri açıqlanıb:
Azərbaycan: 23. Mehdi Cənnətov, 22. Abbas Hüseynov, 4. Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov, 3. Elvin Cəfərquliyev, 20. Aleksey İsayev, 8. Emin Mahmudov (k), 7. Coşqun Diniyev, 11. Ramil Şeydayev, 9. Renat Dadaşov, 17. Toral Bayramov
Ehtiyat oyunçular: Rza Cəfərov, Yusif İmanov, Amin Seydiyev, Şəhriyar Əliyev, Emil Mustafayev, Ozan Can Kökçü, Rahil Məmmədov, Rüstəm Əhmədzadə, Elvin Camalov, Ceyhun Nuriyev, Nəriman Axundzadə, Xəyal Nəcəfov
İsveç: 12. Viktor Yohansson, 6. Lüdviq Auqustinsson, 4. İsak Hien, 2. Aleks Duqlas, 3. Linus Valqvist, 18. Yasin Ayari, 19. Mattias Svanberg, 11. Antoni Elanqa, 9. Aleksander İsak, 21. Deyan Kuluşevski, 17. Viktor Qyökeres
Ehtiyat oyunçular: Zetterström, Nordfeldt, Kurtuluş, Berqveyl, Kayuste, Nilsson, Sema, Saletros, Starfelt, Eliasson, Larsson, Nanasi
***
Matç başladı.