Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq.
Qaynarinfo xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Farer adaları komandasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 21:00-da start götürəcək. Yeni təsis edilən yarışda D Liqasında yer alan milli pley-off mərhələsinə yüksələmək və AVRO-2020-yə vəsiqə qazanmaq şansını saxlamaq üçün 3-cü qrupda birinci yeri tutmalıdır. Bu baxımdan son iki görüş həlledici xarakter daşıyır.
Qrup mərhələsində mübarizəyə Bakıda Kosovo ilə qolsuz heç-heçə etməklə başlayan yığma, Malta ilə hər iki dueldən 1:1 hesablı bərabərliklə ayrılıb. Əvəzində komanda Farer adalarını səfərdə 3 cavabsız qolla üstələməyi bacarıb. Oktyabrın 12-də Torshavnda baş tutmuş görüşdə Riçard Almeyda dubl etdiyi halda, Dimitri Nazarov bir qol vurub.
Farer adalarına gəlincə, skandinaviyalılar ilk qarşılaşmada Maltanı 3:1 hesabı ilə məğlub etsələr də, ardınca Kosovoya 2, Azərbaycana isə 3 cavabsız qolla uduzublar. Son turda Kosovo ilə evdə 1:1-lik bərabərə qalan farerlilər 4 xalla 3-cü sıradadırlar. Hazırda 3-cü qrupun lideri 8 xala malik Kosovodur. İkinci yerdəki Azərbaycanın 6, son sıradakı Maltanın 2 xalı var. Bu gün Azərbaycan evdə xal itirərsə, Kosovo səfərdə Maltaya qalib gəlməklə pley-offa vəsiqəni təmin edə bilər. Ona görə də milli Bakıda mütləq qalib gəlməli, 1-ci yerin taleyini Kosovo ilə səfər oyununa saxlamalıdır.
UEFA Millətlər Liqası
D Liqası, III qrup
V tur
17 noyabr
21.00 Azərbaycan – Farer adaları
Hakimlər: Dimitrios Masias, Marios Kalogiru, İoannis Lazaru, Omiros Tsiortsis, Vasilis Dimitriu, Lukas Sotiryu (Cənubi Kipr).
Hakim-inspektor: Volodimir Petrov (Ukrayna).
UEFA nümayəndəsi: Yaroslav Dudl (Çexiya).
Bakı Olimpiya Stadionu.
1 |
Kosova |
4 |
2 |
2 |
0 |
6:2 |
8 |
2 |
Azərbaycan |
4 |
1 |
3 |
0 |
5:2 |
6 |
3 |
Farer adaları |
4 |
1 |
1 |
2 |
4:7 |
4 |
4 |
Malta |
4 |
0 |
2 |
2 |
4:8 |
2 |