Azərbaycan Milli Konservatoriyası ilə bağlı cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, konservatoriya İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Azərbayca Milli Konservatoriyası ilə bağlı bağlı başladılmış işə 2 sentyabr tarixində Yasamal Rayon Məhkəməsində baxılacaq. İş hakim Orxan Məmmədlinin icraatındadır.
Nigar