Azərbaycan millət vəkilləri AŞPA-da Azad Demokratlar Qrupunun vitse-prezidentləri seçiliblər

Azərbaycan millət vəkilləri AŞPA-da Azad Demokratlar Qrupunun vitse-prezidentləri seçiliblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan millət vəkilləri Q.Paşayeva və Ülviyyə Ağayeva AŞPA-da Azad Demokratlar Qrupunun vitse-prezidentləri seçiliblər.
Bu gün AŞPA-nın Azad Demokratlar Qrupunun iclasında Azərbaycan nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyya Ağayeva ADQ-nun vitse-prezidentləri seçiliblər. Azad Demokratlar Qrupu vitse-prezidenti postuna ümumilikdə 5 nəfər seçilib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyyə Ağayevanın Azad Demokratlar Qrupunun vitse-prezidenti postuna namizədliyi qrup tərəfindən yekdilliklə dəstəklənib. Millət vəkilləri bu etimad üçün qrup üzvlərinə təşəkkürlərini bildiriblər və qrupu Assambleyada daha da fəal təmsil etməyə çalışacaqlarını bildiriblər. Qrupun iclası AŞPA-da müzakirəyə çıxarılan vacib məsələlərin müzakirəsi ilə davam edib.

TİA.AZ