Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən “Qanadlar” film festivalında “Azərbaycan mətbəxi: Dadsonrası dad” sənədli filmi nümayiş olunub.
Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən “Qanadlar” film festivalında “Azərbaycan mətbəxi: Dadsonrası dad” sənədli filmi nümayiş olunub.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, paytaxtın “Eforie” kinoteatrında göstərilən film yerli tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” Sənədli Filmlər Studiyasında lentə alınan ekran əsərinin ssenari müəllifi və rejissoru Şamil Nəcəfzadə, elmi məsləhətçisi Tahir Əmiraslanov, operatoru Nizami Abbas, bəstəkarı Cahangir Zülfüqarovdur. Otuz üç dəqiqəlik filmdə qədim mədəniyyətə mailik bir ölkə kimi Azərbaycan mətbəxinin tarixi, çeşidliliyi və zənginliyindən bəhs olunur.
Tamaşaçılar festivalda, həmçinin Azərbaycan istesalı olan “Niyyət” və “Dərs” bədii filmlərini də (rumın və ingilis alt yazıları ilə) seyr edə biləcəklər.
Martın 26-dək davam edəcək festival Buxarestdəki Rusiya Elm və Mədəniyyət Mərkəzi və Rumıniyada akkreditə olunan MDB ölkələri səfirliklərinin təşkilatçılığı ilə keçirilir.