Azərbaycan Mərkəzi Bankının rəhbərliyində dəyişiklik olub-FOTO

Azərbaycan Mərkəzi Bankının rəhbərliyində dəyişiklik olub-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyində dəyişiklik olub.

Tribunainfo.az xəbər verir ki, Mərkəzi Bankın baş direktoru Ziya Əliyev sədrin müşaviri təyin edilib.

Bununla da AMB sədrinin müşavirlərinin sayı 5-ə çatıb.

Həmçinin Vüsal Cavanşir oğlu Qurbanov fevralın 3-dən AMB-nin baş direktoru təyin edilib. O, buna qədər Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində çalışıb.