Bakı Kommersiya Məhkəməsində “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin “Azəriqaz” İstehsalat Birliyinə (İB) qarşı iddia üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası avqustun 3-nə təyin edilib.
Qeyd: “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC “Azəriqaz” İB-ni məhkəməyə verərək maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr barədə tələb irəli sürüb.