Əməkdar artist Firuz Xudaverdiyev bu gün evində vəfat edib.
Əməkdar artist Firuz Xudaverdiyev bu gün evində vəfat edib.
TİA.AZ–ın əldə edtdiyi məlumata görə, F. Xudaverdiyev uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. Mərhum Qobu qəbiristanlığında dəfn olanacaq.
Firuz Xudaverdiyev 1939-cu ildə Bakının Qobu kəndində anadan olub. O, Akademik Milli Dram Teatrının truppasına 1976-cı ildə qəbul olunub və müxtəlif dərəcəli obrazlar yaradıb. Aktyor 2002-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.
F. Xudaverdiyev 20-dən artıq filmdə, o cümlədən, “Pəncərədə işıq”, “Biz qayıdacağıq”, “Günaydın mələyim” və s. ekran əsərlərində çəkilib.