MDB dövlət başçılarının qeyri-rəsmi sammitinin Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskvada keçirilməsi, rəsmi Kremlin gələn ildən başlayaraq, öz siyasətini bu istiqamətdə gücləndirəcəyindən xəbər verir.TİA.AZ-a bu barədə açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, MDB -də yaşanan siyasi ziddiyyətlər buna imkan verəcəkmi, yaxud Rusiyanın bu ziddiyyətlər fonunda atacağı siyasət nədən ibarət olacağı isə, Putinin növbəti dəfə prezidentliyi dönəmində görəcəyik: “Qeyd edim ki, MDB-də ziddiyyətlər və qeyri-səmimi siyasət bir başa Kremldən idarə olunur. Moskvanın il ərzində MDB dövlətlərinin Baş Qərargah rəislərini və bir müddət bundan əvvəl Təhlükəsizlik Xidmətinin rəhbərlərinin görüşünü təşkil etməsi, xüsusilə Putinlə birgə görüşlər əsasən post-sovet məkanda öz mövqeyini gücləndirmə siyasətinə hesablanıb. Qeyd edim ki, Qərbin post-sovet məkanda siyasi aktivliyini və kiber hücumlarını məhz güc orqanlarının xidmətinin fəaliyyəti nəticəsində almaq olur. Təhlükəsizlik xidmət başçılarının iclasında Rusiya rəsmisinin Qərbin MDB məkanında siyasi inqilabları hazırlaması barədə çıxışı da bunun bariz nümunəsidir. Görünür, Rusiyaya qarşı ABŞ-ın sanksiyaları və MDB ölkələrinə nüfuz siyasəti, Kremli hərəkətə gətirib.
Hazırda MDB formal bir qrumdur və geosiyasi proseslərdə heç bir rolu və təsiri yoxdur. Bu birliyin bu vəziyyətdə qalmasına, parçalanmasına səbəb Rusiyanın qonşularına qarşı aqressiv siyasətindən irəli gəlir. Rəsmi Kreml MDB məkanında tərəfdaş ölkə kimi deyil, imperialist siyasət yürütdüyündən bu birliyin dağılmasını şərtləndirən amillərdən biridir. MDB ölkələri ilk növbədə bir-birlərinin ərazi bütövlüyünə hörmət edərsə, bu birliyin beynəlxalq siyasi arenada nüfuzlu təşkilat olması baş verə bilər. Fikir versək, Rusiya Ukraynanın və Gürcüstanın ərazisin işğal edib. Ermənistan isə Azərbaycanın 20 faiz ərazisini işğalda saxlayır. Göründüyü kimi, MDB məkanında işğal faktoru və separatizm birbaşa Rusiyadan idarə olunduğundan Putinin bu birliyi gücləndirəcəyi sual altındadır. Putin MDB ölklərinə siyasi təzyiq formalarından istifadə edib, öz təsirini gücləndirməyə çalışarsa, növbəti dəfə MDB-də üzv dövlətlərin sayı azala bilər. Ukrayna və Gürcüstan faktiki bu birlikdən çıxıb.
Rusiya Moldova, Azərbaycan və Ukrayna da separatizm və işğala son verib, real əməkdaşlığa keçərsə, Qərbə qarşı siyasi mübarizədə güc qazana bilər. Xüsusilə qeyd edim ki, Putinin Avrasiya İttifaqı lahiyəsi və MDB-nin dirçəlişi Qarabağ münaqişəsinin ədalətli həllindən aslıdır. Rusiya Ermənistana təzyiq edib, işğal olunmuş əraziləri Azərbaycana qaytararsa və Qarabağa aralıq status verib, ərazi bütövlüyü prinsipi ilə problemi həll edərs, MDB-nin uğurlu bir beynəlxalq təşkilat səviyyəsinə qaldıra bilər. Nə qədər ki, üzv dövlətlər arasında düşmənçilik və işğal faktoru varsa, bu birliyin qeyri-formal qalacağı və parçalanması qaçılmaz olacaq. Ümumiyyətlə, Rusiyanın iştirakı ilə MDB çərçivəsində Azərbaycanın Ermənistanla bir təşkilatda olması, eyni dəyirmi masanı bölüşməsi bizim üçün qeyri-məqbuldu. Azərbaycan MDB-ni tərk etməlidir. Nəcə ki, Ukrayna və Gürcüstan məhz işğal faktoruna görə bunu etdi. Azərbaycan gələn il Qarabağ münaqişəsinin nizamlanmasında Rusiya və Ermənistanın bir daha imitasiya siyasəti ilə qarşılaşsa, buna cavab olaraq bu birliyi tərk etməlidir.
NÜŞABƏ
TİA.AZ