Xəbər verdiyimiz kimi, Belarus Prokurorluğu bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı qərar qəbul edib.
Xəbər verdiyimiz kimi, Belarus Prokurorluğu bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı qərar qəbul edib.
Baş prokurorun müavininin imzaladığı qərarda deyilir: “Belarus DİN-in cəzaların icrası Departamentinə tapşırılsın ki, Lapşin Aleksandr Valeryeviçin ekstradisiyasına dair qərar qüvvəyə mindikdən sonra onun Azərbaycanın müvafiq orqanlarına təhsil verilməsini təmin etsin. Qəbul edilmiş qərar barədə Azərbaycanın Baş prokurorluğu məlumatlandırılsın. Bu qərarın bir nüsxəsi Lapşin Aleksandr Valeryeviçin özünə təqdim olunsun, ona qərardan 10 gün müddətində məhkəməyə şikayət vermək hüququnun olduğu izah edilsin”.
Lapşinin ekstradisiyası ilə bağlı məsələyə münasibət bildirən Azərbaycan Milli Məclisinin yəhudi deputatı Yevda Abramov AzVision.az-a bildirib ki, bloqqer açıq çəkildə üzr istəsə, Azərbaycan onu bağışlaya bilər.
“Belarusda saxlanılan bloqqer Aleksandr Lapşin Azərbaycana verilə bilər. Ekstradisiya məsələsində bizim Belarusla müqaviləmiz var. Bu məsələdə hüquqi baxımdan heç bir problem yoxdur. Lapşin açıq şəkildə üzr istəsə, bağışlana bilər. Hər iki variant mümkündür”.
Xatırladaq ki, Rusiya, İsrail və Ukrayna vətəndaşı olan bloqqer Aleksandr Lapşin Azərbaycan sərhədlərini pozduğu və işğal olunmuş Azərbaycan torpaqlarına icazəsiz səfər etdiyi üçün Azərbaycan hökumətinin müraciəti əsasında Minskdə saxlanılıb. Hazırda onun Azərbaycana ekstradisiyası məsələsi həll olunur.
A. Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.