Azərbaycan Kubokunun ilk finalçısı müəyyənləşdi

Azərbaycan Kubokunun ilk finalçısı müəyyənləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həndbol üzrə Azərbaycan Kubokunun ilk finalçısı müəyyənləşib.

Tribunainfo.az Həndbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün qadınlardan ibarət “Qarabağ” və “Azəryol” komandaları üz-üzə gəliblər.

“AHF Arena”da baş tutan görüşdə 35:26 hesablı qələbə qazanan “Azəryol” adını finala yazdırıb.

Digər finalçı sabah keçiriləcək “Kür” – “İdman Akademiyası” görüşündə müəyyənləşəcək.