Azərbaycan Kubokunda ilk yarımfinal cütü bəlli oldubackend

Azərbaycan Kubokunda ilk yarımfinal cütü bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Futbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı müəyyənləşib.
 
Tribunainfo.az-ın məlumatına görə, 1/4 final mərhələsinin bu gün keçirilən cavab matçında “Qəbələ” “Araz-Naxçıvan”ı qəbul edib.
Qəbələ şəhər stadionunda gerçəkləşən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 2:0. “Qırmızı-qaralar”ın heyətində 39-cu dəqiqədə Osama Xalayla, 42-ci dəqiqədə Urfan Abbasov fərqlənib. Bakıdakı ilk matçda rəqibi ilə heç-heçə (1:1) edən “Qəbələ” yarımfinala vəsiqə qazanıb. Komanda bu raundda “Zirə” ilə üz-üzə gələcək.
Qeyd edək ki, günün ikinci görüşündə “Neftçi” “Sumqayıt”ı qəbul edəcək. Ötən gün “Zirə” və “Qarabağ” yarımfinala yüksəlib.